Xəbərlər
Azərbaycan Ordusunda telefonlardan istifadə ilə bağlı ciddi tədbirlər görüləcək
Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
Millinews.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.