İdman
“Qarabağ”a ÜZÜCÜ XƏBƏR – Çempionlar Liqasında “Barselona” ilə qarşılaşa bilər

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri Fransanın PSJ və İngiltərənin “Nyukasl” klublarıdır.
Teleqraf-ın məlumatına görə, yanvarın 30-da keçiriləcək püşkatma mərasimindən sonra Ağdam təmsilçisinin rəqibi dəqiqləşəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu raundu keçəcəyi təqdirdə, 1/8 final mərhələsində İspaniyanın “Barselona” və ya İngiltərənin “Çelsi” komandası ilə qarşılaşacaq.
Dünya futbolunun ən nəhəng klublarından olan Kataloniya təmsilçisi artıq mümkün rəqibləri ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.



