Xəbərlər
TBMM sədrinin Sahibə Qafarova ilə görüşü olub
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə təkbətək və nümayəndə heyətləri arası görüşü olub.
Millinews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında münasibətlərin hər sahədə olduğu kimi parlament diplomatiyasında da tarixin ən yüksək səviyyədə olduğu vurğulanıb, iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.