Maqazin

Vəfa: “Məni güllə, ətirlə aldatmaq olmaz, ən azı brilyant olmalıdır”

Müğənni Vəfa Şərifova qonaq olduğu “Xəbərin var?” verilişində maraqlı açıqlama verib.

O, sevgini maddiyyatla ölçdüyünü deyib.

“Sevgini maddiyyatla ölçmək lazımdır, bəylərin quru sözünə aldanmaq olmaz. Xanım bir bəydən hədiyyə ilə dəyərini ölçməlidir. Bəzi xanımların 2-3 ildir sevgilisi var, adamın 10 dənə evi var, amma kirayə evdə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər?!”

Müğənni bildirib ki, kişilərin sözlərinə şübhə ilə yanaşır: 

“Kişinin sevgisini ölçmək üçün hər zaman madiyyat lazımdır. Öncə sınağımdan bir bəy madiyyatla keçir. Pul çox vacibdir. Məni gül və ətirlə aldatmaq mümkün deyil. Hələ söz heç. Ən azı brilyant olmalıdır. Pul çox axmaq şeydir. Pul insanda xoşbəxtlik hormonunu oyadır. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir”. / lent.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu