Xəbərlər
Daha 83 sakinin Laçına köçü başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Millinews.az xəbər verir ki, oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 83 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 295 ailə, yəni 1 135 nəfərin daimi məskunlaşması təmin edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.