Xəbərlər

Millinews.az – Azərbaycan millisi Avropa kubokunu beş medalla başa vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib.

Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.

Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu