Azərbaycanda anasını evdən qovan oğul həbs edildi
Qəbələ rayonunda anasına qarşı zorakılıq etmiş, həmçinin ictimai yerdə uca səslə qışqıraraq təhqiramiz ifadələr işlətməklə xuliqanlıq etmiş 45 yaşlı Zahir Abdullayev həbs edilib.
Millinews.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də günorta saatlarında Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsində baş verib.
Həmin ünvanda yaşayan yaşlı qadın bildirib ki, oğlu içki aludəçisidir və övladının zorakılığından əziyyət çəkir:
“Oğlum mütəmadi olaraq spirtli içki qəbul edir, alkoqolizm xəstəliyindən əziyyət çəkir. Əvvəllər Zahir 4 dəfə Narkoloji Dispanserə yerləşdirilib və orada dərmanlar qəbul edərək müalicə alıb. Sonuncu dəfə oktyabrın 18-də sərxoş vəziyyətdə birgə yaşadığımız evə gəldi. Mənimlə mübahisə edərək evin giriş qapısını sındırdı, evdəki əşyaları əlinə götürüb küçəyə atdı, daha sonra məni söyərək evdən onu qovdu və qolumdan tutaraq küçəyə çıxardı. Oğlum yaşadığımız mərkəzi küçədə hərəkətlərinə davam edərək yenidən uca səslə məni söyməyə davam edirdi. Qonşularla bir neçə dəfə söhbətlər aparıb onu sakitləşdirməyə çalışsaq da, davam elədi”.
Polisə məlumat verildikdən sonra Zahir Abdullayev saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protocol tərtib edilərək 15 sutka inzibati həbs cəzası verilib.
Turqut Seyidov