Xəbərlər
Millinews.az – Bakıda 13 milyona satışa çıxarılan uşaq bağçası necə özəlləşdirilib?
Xətai rayonunda uşaq bağçası-körpələr evinin 128 sot ərazisi 13 milyon manata satışa çıxarılıb.
Körpələr evi-uşaq bağçasının nə zaman və hansı əsasla özəlləşdirildiyi barədə Bizim.media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, bağça 16 il öncə özəlləşdirilib:
“Azərbaycan Respublikasının Prezidentinin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 23 avqust 2006-cı il tarixli 1635 nömrəli Sərəncamına əsasən, 206 saylı körpələr evi və uşaq bağçası 11.06.2007-ci il tarixində keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilib”.