Xəbərlər

Rusiyanın nəhəng şirkəti maliyyə çatışmazlığı ilə üz-üzə: Sadıqov açıqladı

qazprom

“Qazprom” ciddi maliyyə çatışmazlığının olduğunu etiraf edib.

Millinews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın “Qazprom” qaz şirkəti 2023-cü il üçün investisiya proqramını 14 faiz (334 milyard rubl) azaldaraq, 1,97 trilyon rubla endirib.

Dövlət korporasiyası elan edilən xərclər səviyyəsinə kifayət qədər vəsaitin olmadığını etiraf edib. Bildirilib ki, tənzimləmə ehtiyacı makroiqtisadi göstəricilərdə və bazar şəraitində baş verən dəyişikliklərlə bağlıdır. İdarə Heyətinin sədr müavini Famil Sadıqov vurğulayıb ki, sənədin yeni redaktəsində ilin birinci yarısında qaz satışından əldə olunan gəlirlərin azalması nəzərə alınıb.

Eyni zamanda, Sadıqov bildirib ki, qiymətlərin düşməsi ilə əlaqədar şirkət əməliyyat xərclərini optimallaşdırmağa başlayıb, prosesin ümumi effekti bir trilyon rubldan çox olub. O hesab edir ki, təsdiq edilmiş maliyyə planı şirkətin öhdəliklərinin kəsirsiz və tam şəkildə ödənilməsini təmin edəcək.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu