Ülvira Qarayeva görünüşü ilə təccübləndirdi
Aparıcı Ülvira Qarayeva yeni görünüşü ilə görənləri təəccübləndirib.
Millinews.az bizim media-ya istinadən xəbər verir ki, məşhur stilist və vizajist Anar Ağakişiyev televiziya ulduzunun imicini 180 dərəcə dəyişib.
Qarayeva sadə saç düzümü və qüsursuz makiyajı ilə diqqətləri üzərinə cəmləyib. Ülvira yeni imicdə çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. İzləyicilər aparıcının yeni görünüşünü çox bəyəndiklərini yazıblar.
Qeyd edək ki, Ülvira Qarayeva “YouTube”da “AStar” layihəsinin eyni zamanda ARB televiziyasında “Günə son” ictimai-sosial verilişinin aparıcısı və layihə rəhbəridir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.