Xəbərlər
Naxçıvana uçuşlar zərərlə həyata keçirilir
Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir.
Millinews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, bu gün Naxçıvandan başqa bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir. “Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb”, – deyə nazir müavini əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.