MaqazinÖlkə

Boşanmışam deyə özümə qadağa qoymalıyam? – “Öz həyatımı yaşayıram”

“Uşaqlarımın atası ilə o vaxt ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağol ki, belə gözəl balalar mənə verdin”. 

Bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial media hesabında yazıb. O, cəmiyyətdə boşanmış qadınların növbəti dəfə ailə həyatı qurmasına birmənalı baxılmadığını vurğulayıb:

caee4ae517 resize 16

Qaldı ki, boşanmış qadın Azərbaycanda dəhşət. Boşandın bir vay, bir uşaqla səni alan kimdir, sənə yiyə duran kimidir? Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim, vay utanmır, övladı var ərə gedir. Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə “stop” qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş, adi evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm. 

Vay-vay yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu. Niyə axı,niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu