Xəbərlər
Bu iki dövlətin qarşıdurması bütün dünya üçün fəlakət olacaq
ABŞ və Çin arasında mümkün münaqişə bütün dünya üçün fəlakət olacaq.
Millinews.az xəbər verir ki, bu fikri 10-cu Syanşan Təhlükəsizlik Forumunda Çinin ABŞ-dakı keçmiş səfiri Cui Tiankai deyib. Keçmiş səfirin fikrincə, Çin və ABŞ kimi böyük dünya gücləri arasında qarşıdurma bütün dünya üçün fəlakətli nəticələr verəcək.
Cui Tiankai ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin dəfələrlə münaqişədən qaçmağa çağıran sözlərini xatırladıb.
Keçmiş səfir hesab edir ki, yalnız birgə səylər ən pis ssenarinin qarşısını almağa kömək edəcək. “Hərəkətsizlik istənilən nəticəyə gətirib çıxarmayacaq, əksinə vəziyyəti daha da pisləşdirəcək”, – o bildirib.
Tural