Xəbərlər

Bayden İsraildə doğulduğunu açıqladı, Zaxarova ələ saldı

bayden

ABŞ Prezidenti Cozef Bayden İsraildə maraqlı açıqlama ilə gündəmə gəlib.

Millinews.az xəbər verir ki, o, İsraildə anadan olduğunu bəyan edib. Onun çıxışından müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb.

“İsrail dövləti dünya yəhudilərinin təhlükəsizliyi üçün yaranıb və mən də orada doğulmuşam”, – ABŞ prezidenti bildirib.

Halbuki, rəsmi məlumatlara görə, C.Bayden Pensilvaniyada anadan olub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin bu açıqlamasını şərh edərkən bildirib ki, Bayden İsraildə doğulsaydı, ABŞ dövlətinin başçısı seçilə bilməzdi.

“Bayden indicə (Təl-Əvivdə səfərdə olarkın – red.) İsraildə doğulduğunu söylədi. Bu o deməkdir ki, o, ABŞ prezidenti seçilə bilməz. Rusiyanın Amerika seçkilərinə “müdaxiləsi” getdikcə daha da təkmilləşir”, – diplomat vurğulayıb.

Zaxarova eyni zamanda bildirib ki, ictimaiyyətə açıq məlumatlar var: Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniyada anadan olub, İsrail dövləti isə 1948-ci ildə yaradılıb.

Globalinfo.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu