Xəbərlər

Qəzza əməliyyatındakı ABŞ əsgərlərinin sayı açıqlandı

abs852123789

İsrailin Qəzza zolağında keçirdiyi quru əməliyyatında 5 minə yaxın ABŞ əsgəri iştirak edib.

Millinews.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Təhlükəsizlik mənbələri agentliyə bildiriblər ki, İsrailin cümə günü axşam Qəzza zolağına qurudan təşkil etdiyi hücumda üç diviziya və bir neçə briqada iştirak edib. Həmsöhbətlər əməliyyatda 5 minə yaxın ABŞ hərbçisinin də iştirak etdiyini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti İsraili Qəzzada tammiqyaslı quru əməliyyatından imtina etməyə inandırmağa çalışdığı bildirilirdi.

“The Washington Post” yazır ki, Vaşinqton quru əməliyyatının girovları azad etmək və Yaxın Şərqdə müharibələri genişləndirmək üçün davam edən səylərə mane olacağından ehtiyat edir.

Oktyabrın 27-də İsrailin Qəzza zolağına qurudan, dənizdən və havadan hücum etdiyi bildirilir. Həmçinin İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatını genişləndirməyə başlayıb.

Xatırladaq ki, bundan əvvəl Pentaqon məsləhət xidmətləri göstərmək üçün müvafiq təcrübəyə malik Amerika hərbçilərinin İsrailə göndərildiyini təsdiqləmişdi.

Adəm

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu