Xəbərlər
Şahramanyan oteldən qaçdı: Azərbaycan kəşfiyyatı onu Şuşaya aparıb?
Qarabağda ləğv edilən və Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan erməni jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Millinews.az xəbər verir ki, İrəvanda “Marriott” otelinə gələn Şahramanyan jurnalistlərin sualı ilə qarşılaşıb.
Erməni jurnalist Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Şuşaya aparıldığı və təslim olma məsələsinin orada müzakiə edildiyi haqda iddiaların doğru olub-olmamadığını soruşub. Şahramanyan isə “Sonda bütün suallara cavab verəcəm” deyib.
Qeyd edək ki, separatçıların keçmiş qondarma “nazirlərindən” olan Hayk Xanumyan əsas danışıqların Yevlaxda yox, Azərbaycan kəşfiyyatı ilə Şahramanyan tərəfindən Şuşada aparıldığını iddia edib.
Asif