Xəbərlər
Millinews.az – Salman Rüşdi bıçaqlanması ilə bağlı kitab yazır
Əslən hindistanlı olan britaniyalı yazıçı Salman Rüşdi ona qarşı həyata keçirilən sui-qəsd cəhdindən bəhs edən kitab üzərində işləyir.
Bu barədə “Penguin Random House” nəşriyyatı məlumat yayıb.
“Bıçaq: Sui-qəsd cəhdindən sonra düşüncələr” (“Knife: Meditations After an Attempted Murder”) adlanan kitabın çapdan çıxması gələn il aprelin 16-a planlaşdırılıb.
Qeyd edək ki, hadisə 2022-ci ildə baş verib. Salman Rüşdi Nyu-Yorkda Çatoku İnstitutunda çıxış edən zaman əlində bıçaq olan kişi ona hücum edib. Ağciyərləri ağır zədələnən yazıçı süni tənəffüs aparatına qoşulub. Bundan başqa, onun bir əli yaralanıb, üstəlik, Rüşdi bir gözünü itirib.