Xəbərlər
İranda zəlzələ: Naxçıvanda da hiss olundu
İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.
Millinews.az xəbər verir ki, yerli vaxtla saat 10:06-da İranın Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi isə 92 km olan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.