Xəbərlər
İsrailin bu ölkədəki səfirliyinin yaxınlığında partlayış: 4 nəfər saxlanıldı
Şənbə günü səhər tezdən Kiprin paytaxtında İsrail səfirliyi yaxınlığında kiçik əldəqayırma bomba partlayıb.
Millinews.az xəbər verir ki, Kipr radiosunun hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, polis 17-21 yaşlarında olan dörd kişini nəzarətə götürüb.
Əldəqayırma partlayıcı Nikosiyadakı səfirliyin girişindən təxminən 30 metr aralıda işə salınıb.
Binaya ziyan dəyməyib. Kipr KİV-lərinin məlumatına görə, cihaz atəşfəşanlıqda istifadə olunan materialla doldurulmuş metal əşya olub.
Yerli mətbuatın məlumatına görə, nəzarətə alınan 4 nəfərin Suriyadan olduğu güman edilir.
Tural