İdman

Əməkdar artistin hamını ŞOKA SALAN YAŞI – Gənc qalmağımın sirri budur

Əməkdar artist Suğra Bağırzadə gənc qalmasının sirrini açıqlayıb. 

Axşam.az xəbər verir ki, aktrisa hər zaman gözəl geyindiyini, özünə qulluq etdiyini bildirib. 

“Gözəl alt paltarı, ətək, kofta, qadının qarderobunda mütləq olmalıdır. Bir dəfə məşhur bir aktrisa prodüserinə deyir ki, niyə mənə bu qədər gözəl alt paltarı alırsınız? Axı bunu heç kim görmür. Prodüser cavab verir ki, heç kim görmür, amma siz bilirsiniz. Buna görə də qadın başdan ayağa qədər gözəl geyinməlidir” deyə, S.Bağırzadə bildirib.

Aktrisa yaşını açıqlayaraq “Bəzi qadınlar yaşını gizlədir. Amma mənim bir aydan sonra 79 yaşım olacaq” sözlərini əlavə edib.  

Qeyd edək ki, S.Bağırzadə “Ulduz, “Alma almaya bənzər”, “Şir evdən getdi” kimi məşhur filmlərdə rol alıb. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu