Pensiya ilə bağlı VACİB XƏBƏR – Yenidən hesablanaraq artırılır

Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir.
Bu proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun icrasını təmin edir.
Qeyd edilib ki, Nazirlik tərəfindən qurulan proaktiv mexanizm yaınız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.



