Nuradan aparıcılara kəskin ismarış: “O qulaqcığı çıxardıb…”
Xəbər verdiyimiz kimi, ARB telekanalında yayımlanan “Günə son” verilişinin dünənki buraxılışında gərgin anlar yaşanıb. Proqramda qonaq olan müğənni Nura Suri aparıcı Ülvira Qarayevaya əsəbiləşərək canlı yayımı tərk edib. Buna səbəb isə dəvət olunan qonaqlara danışmağa şəraitin yaradılmaması olub.
Millinews.az xəbər verir ki, sənətçi verilişi tərk etdikdən sonra aparıcılarla bağlı iradlarını bölüşüb.
O, bildirib ki, aparıcıların çoxu redaktorun dəstəyi olmadan verilişi apara bilmir.
“2004-cü ildən səhnəyə gəlmişəm, 2006-cı ildən veriliş aparıcısıyam, fərqli kanallarda canlı verilişlər aparmışam, özü də gündəlik. İndi də aparıcılıq edirəm, öz verilişim var. Hər bazar günü “Nuranın mətbəxi” verilişi “Space” telekanalında efirə gedəcək. Sözümü nəyə gətirirəm, hələ bir dəfə də olsun hər hansı bir verilişdə reklamları kağızdan üzündən oxumamışam. Hazırda verilişimin 5 sponsoru var. Bütün reklamları beynimdə bişirib elə deyirəm. Yəni, əzbərdən kağızdan oxumuram. Və heç vaxt hansısa redaktor qulağıma hansısa məlumatı verməyib. Mən verilişdə olanda aparıcılar o qulaqcığı çıxartsınlar və onlara iki kəlmə sual verim, cavabını bilsələr, bir də səhnəyə çıxmaram, aparıcılıq da etmərəm”, – ulduz açıqlamasında qeyd edib.