Dəmir yolu ilə idxal yüklərinin nəqli bu qədər artıb
Bu ilin 9 ayı ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC üzrə idxal yüklərinin nəqli 919 564 ton təşkil edib ki, bu da illik müqayisədə 30,53% çoxdur.
“ADY Express”dən Millinews.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövründə qeyd olunna göstərici 704 660 ton təşkil edib.
“İdxal yüklərin sırasında şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağlar çoxluq təşkil edir”, – məlumatda qeyd olunur.
İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində ADY Express 623 199 ton yük daşıyıb ki, 2022-ci ilin eyni dövründə bu rəqəm 495 509 ton təçkil edib ki, bu da 25,79 % artım deməkdir. Şirkət tərəfindən nəql olunan ixrac yönümlü yüklər sırasında klinker, qazoyl, gil və tikinti materiallar üstünlük təşkil edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.