Azərbaycan neftinin ən böyük idxalçıları açıqlandı
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan təqribən 12 milyard dollar dəyərində 19,9 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.
Millinews.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yanvar-sentyabr ayları ərzində Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (4,98 milyard dollar dəyərində 7,98 milyon ton), ikinci yerdə İsrail (1,2 milyard dollar dəyərində 1,99 milyon ton), üçüncü yerdə isə Hindistan (dəyəri 739 milyon dollardan çox olmaqla 1,2 milyon ton) dayanır.
Cədvəldə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:
Ölkə |
İdxalın həcmi |
İdxalın dəyəri (ABŞ dolları ilə) |
İtaliya |
7 985 493,80 |
4 986 285 690 |
İsrail |
1 995 823,22 |
1 206 977 640 |
Hindistan |
1 249 246,60 |
739 039 830 |
İspaniya |
1 114 184,47 |
700 578 650 |
Türkiyə |
1 109 141,17 |
627 024 000 |
Çexiya Respublikası |
916 806,74 |
530 181 200 |
Almaniya |
843 138,09 |
528 741 450 |
Xorvatiya |
711 887,77 |
415 611 870 |
Yunanıstan |
656 521,80 |
403 274 260 |
Böyük Britaniya |
612 324,12 |
372 871 350 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə – Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.