Xəbərlər

Daş karxanasında işləyən ekskovator yandı

ekskavator yangin

Şəmkirdə ekskovator yanıb.

Bu barədə Millinews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskovatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “HİDROMEK 370” markalı ekskovatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ekskovatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu