Xəbərlər
Millinews.az – 13 yaşlı Vasifin müalicəsi üçün 150 manata ehtiyacı var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
13 yaşlı Vasifin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Seymur Qazıyev məlumat verib.
O bildirib ki, övladı iki ilə yaxın qaraciyər sirrozundan əziyyət çəkib.
“Vasif artıq iki il idi ki, qaraciyər sirrozundan əziyyət çəkirdi. Övladım bir müddət öncə Türkiyədə özəl klinikalardan birində əməliyyat olundu. Hazırda övladımın müalicəyə ehtiyacı var. İnanın əməliyyat xərcləri bizi maddi olaraq elə sarsıb ki, xırda müalicələrini belə edə bilmirik. Hazırda Vasifin müalicəsi üçün 150-200 manata ehtiyacımı var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”
Ailə ilə əlaqə: (055) 918-66-28.