Xəbərlər

“İrəvan” futbol klubunun oyunçuları məşqə çıxmadılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə I Liqada çıxış edən “İrəvan” futbol klubunun oyunçuları ötən gün məşqə çıxmayıblar.

Oxu.Az xəbər verir ki, oyunçular üç aydır, maaşlarını ala bilmədikləri üçün bu addımı atıblar. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar zəruri idman ləvazimatları, o cümlədən idman geyimləri, həmçinin tibbi ləvazimatlarla təmin edilməyiblər.

Oyunçular maaşları ödənilmədiyi təqdirdə məşqləri “boykot” etməyə davam edəcəklər. Onlar, həmçinin, oktyabrın 18-də “İmişli” ilə səfər oyununda meydana çıxmaqdan da imtina etmək niyyətindədirlər.

Qeyd edək ki, mövsümün əvvəlində komandaya güclü maliyyə dəstəyi ayrılacağı bildirilmişdi.

Hazırda “İrəvan” l Liqanın turnir cədvəlində 10 xalla vahid liderdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu