MaqazinÖlkə

“O stula sənəti bilən məmurlar oturmalıdır, vəzifədən gedəndən sonra heç kimdirlər”

“İncəsənət çox qəliz yerdir. Elə ifaçılar var ki, heç nə etməyib, iddiaları böyük ola bilər. Dövlət başçımız tərəfindən vəzifələrə təyin edilirlər, o stuldan gedəndən sonra heç kimdirlər”.

OLAY yazır ki, bu sözləri RTV-də “Çərçivədən kənar” proqramında Xalq artisti Nəzakət Teymurova deyib.  O, son günlər Mədəniyyət Nazirliyi ilə sənətçilər arasında yaşanan problemlərdən söz açıb:

“Sənəti bilən məmurlar o stulda oturmalıdırlar, deməlidirlər ki, kim yaxşı oxuyur, kim yox. Polad müəllimin vaxtında gənc ifaçı kimi “Leyli və Məcnun” operasından sonra… O vaxt sosial şəbəkə yox idi ki, tez tanınanasan. Mədəniyyət Nazirliyi bilirdi ki, hansı yaxşı ifaçılar var. Çalışırdılar ki, onları dövlət tədbirlərinə salsınlar. Polad müəllimin vaxtında 3 nəsil iştirak edirdi. Uşaqlar, gənc nəsil və Zeynəb Xanlarova, Alim Qasımov kimi sənətkarlar. Buna peşəkarlar qərar verirdi. Təəssüf ki, indi qarışıq zamanda yaşayırıq. Buna bir əncam çəkilməli idi. Məmurlar ki, orada oturub deyirlər, yuxarıdan tapşırıq var ki, Xalq artistləri müəyyən titul alıblar, onlardan istifadə edilməsin. Soruşursan ki, yuxarıdan kim deyib? Deyir, belə söyləyiblər. Sui-istifadə edirlər. O post gəldi-gedərdi. Bir dəfə orada bir məmur var idi, sözümüz çəp gəldi. Çünki sənətkarlarımız haqqında böyük-böyük danışmağa başladı. Dedim ki, siz bu gün varsınız, sabah yoxsunuz. Haqqında danışdığınız sənətkarlar adını qızıl hərflərlə möhür qoymuş insanlardır. Amma siz tarixdə qalmırsınız, kağızı ora-bura aparmaqla məşğulsunuz. Tarixdə də elə qalırsınız. Söhbət peşəkar ifaçılardan gedir. Azərbaycan mədəniyyətinə xidmət edən ifaçılardan”

https://www.youtube.com/embed/PhJFkPs-OpI

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu