Xəbərlər

Millinews.az – İsrail “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail təyyarələri “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir.

Bu barədə İsrail Müdafiə Ordusunun (İMO) Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“İMO qırıcıları hazırda “Hizbullah”ın Livandakı hərbi infrastrukturuna zərbələr endirir”, – açıqlamada deyilir.

Mətbuat Xidməti qeyd edib ki, Livanla sərhəddə İsrail hərbçilərinə atəş açılması ilə əlaqədar həmin bölgədəki Müdafiə Ordusunun əsgərləri cavab atəşi açırlar.

12:45

Livandan İsrailin şimalındakı Yuxarı Qalileya bölgəsinə tank əleyhinə raketlə atəş açılıb. Üç yaralı var, onlardan biri ağır vəziyyətdədir.

Bu barədə İsrail ordusunun radiosu xəbər verir.

Qətərin “Əl-Cəzirə” telekanalı “Hizbullah”dakı mənbələrə istinadən xəbər verir ki, təşkilat İsrailin şimalında yerləşən Yuxarı Qalileya bölgəsini atəşə tutmağa görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin “KodKod” “Telegram” kanalının verdiyi məlumata görə, mərmilər nəticəsində yaralanan 5 nəfərdən biri dünyasını dəyişib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu