Xəbərlər

Millinews.az – Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır?

Ümumi təhsil müəssisələri şagirdlərə xeyli əlavə dərs vəsaitləri aldırılır. Bu isə şagirdlərin dərs yükünü ağırlaşdırmaqla yanaşı, valideynlərin də maddi yükünün çoxalmasına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu köməkçi vəsaitlərin əksəriyyəti kommersiya maraqlarına xidmət edir.

Eskpert onu da bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün metodiki vəsaitlər çap olunur. Həmin medotiki vəsaitlərdə uşaqların işləməsi üçün kifayət qədər tapşırıqlar mövcuddur.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə isə bu köməkçi vəsaitlərdən istifadənin sərbəst olduğunu bildirib.

Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə isə, bu il bazarda bahalaşma müşahidə olunur.

X.Xanlarzadə qeyd edib ki, əlavə dərs vəsaitlərin qiymətlərindəki artım nəşr xərclərinə çəkilən amillərlə  əlaqədardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu