Bu futbol klubu oyunlarını Xankəndində keçirəcək
“Qarabağ” bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək.
Millinews.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.
“Köhlən atlılar” bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.
“Qarabağ” rəhbərliyi dünəndən bər Xankəndindədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.
Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni “xunta” rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.
Əldə etdiyimiz informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır.
Səfər birbaşa “Qarabağ”la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydan məlumatlıyıq.
Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.
Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin “bayrağ”ının rənglərindədir.
Hakimlər və paltardəyişmə otaqlarına “əl gəzdirilməlidir”.
Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.