Xəbərlər

“Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq”


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Millinews.az xəbər verir ki, italyan mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyundan, uzun səfərdən gəlmişik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır. Bizimlə keçirdikləri ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Ralf Ranqnik yaxşı futbol oynadır. Onların Belçika matçındakı nəticəsi aldadıcı ola bilər. Avstriya Belçikadan daha yaxşı oynadı.

İlk matçda da fikirləşirdim ki, nəticə fərqli olacaq. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq. Avstriyanın heyətində 5 futbolçu yoxdur, amma vacib oyunçuları var.

Sabah azarkeşlər gəlib, bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər olacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu