Xəbərlər

Göstərməliyik ki, Avropa çempionluğumuz təsadüfi olmayıb

392930595 3572679806282535 8769829980912858571 n

“Komandada ab-hava çox yaxşıdır. Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Bildiyiniz kimi, Türkiyədə 2 həftəlik təlim-məşq toplanışında olduq”.

Millinews.az xəbər verir ki, bu sözləri dünya çempionatında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanan Azərbaycan minifutbol millisinin üzvü Təmkin Xəlilzadə deyib.

Hava limanında jurnalistlərin suallarını cavablandıran Xəlilzadə minifutbolun onun üçün yeni bir səhifə olduğunu qeyd edib: “Birbaşa”nın heyətində Çempionlar Liqasının oyunlarına qatılarkən də demişdim ki, minifutbol mənim üçün yeni bir səhifədir. Özüm üçün də çox maraqlıdır. Təbii ki, Çempionlar Liqası ilə Dünya çempionatı arasında fərq var, ab-hava eyni deyil. Bu, sırf milli komandalarla bağlı turnirdir. Azərbaycanın adı olan yerdə canla-başla kömək etməyə hazıram. Fərqi yoxdur, futbol olsun, ya minifutbol”.

O qeyd edib ki, millimiz mundialda Avropa çempionu adını təsadüfi qazanmadığını sübuta yetirməlidir: “Rəqiblər haqda mənim o qədər də məlumatım yoxdur. Amma Azərbaycan yığması bu turnirə Avropa çempionu kimi yollanır. Ona görə də bu adı sübut etməliyik. Göstərməliyik ki, Avropa çempionluğumuz təsadüfi olmayıb”.

T.Xəlilzadə millimizin mundialdakı hədəflərindən də danışıb: “İlk məqsədimiz qrupdan çıxmaqdır. Daha sonra isə gücümüz yetdiyi qədər irəliləməyə çalışacağıq. Ölkəmizin, bayrağımızın adı varsa, bütün gücümüzü meydanda qoymalıyıq”.

Milli üzvü futbol və minifutbol arasında belə müqayisə aparıb: “10 il peşəkar futbol oynamışam. Minifutbolda isə sistem tam fərqlidir. Sırf mənim üçün futboldan minifutbola keçid çətinlik yaratmır. Çünki böyük futbolda çıxış edərkən də ara-sıra yığışıb dostlarla minifutbol oynayırdıq. Xırda detallar var ki, onlara fikir verməlisən. Məsələn, böyük futbolda hansısa epizodda komanda yoldaşını sığortalaya bilirsən. Amma minifutbolda bu, mümkün deyil. Xüsusən də standart vəıziyyətlər zamanı hər şey bir anın içində baş verir, saniyə söhbəti olur”.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu