Dünya

Adı şübhəlilər siyahısında olan Rüstəm danışdı: Bacısı deyib ki… – FOTO

Dünənki terror hadisəsində şübhəli şəxs qismində tanınanlardan birinin hücumda iştirak etmədiyi üzə çıxıb.
 Həmin şəxsin adı Rüstəm Nəzərovdur. 
O, bütün günü ailəsi ilə Samarada evdə olub. 29 yaşlı Rüstəmin bacısı Pərvinə deyib ki, qardaşı əvvəlcə onunla və valideynləri ilə nahar edib, sonra onu evə aparıb. 
Səhər saatlarında fotosunu terrorçuların siyahısında görən Rüstəm özü polisə gedib. Onun ifadə verdiyi bildirilir.
Rusiya mətbuatının xəbərinə əsasən, terrorçuların hadisə yerinə gəldiyi “Renault” əvvəllər Rüstəmin adına qeydiyyatda olub, lakin qonşuların dediyinə görə, o, maşınını iki il əvvəl satıb. / Bizim.media

1711188873 photo 5472314490528848254 y

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu