Xəbərlər

Millinews.az – Rusiyalı diplomat İstanbulda lüks hoteldə ölü tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı diplomat, 61 yaşlı Nikolay Kobrines Türkiyənin İstanbul şəhərinin Taksim rayonunda yerləşən hoteldə ölü tapılıb.

Hadisə ilə bağlı əldə edilən məlumata görə, əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin baş direktoru vəzifəsində çalışmış diplomat səfirlərin görüşünə qatılmaq üçün İstanbulun Beyoğlu Meşrutiyət Məhəlləsində yerləşən dəbdəbəli hotelə gəlib.

Nikolay Kobrines günorta saatlarında hoteldəki otağına yerləşib və ertəsi gün görüşə gəlməyib. Diplomatla əlaqə saxlamaq mümkün olmadığından həmkarları hoteldən onunla bağlı məlumat verilməsini istəyiblər.

Otağa daxil olan hotel işçiləri rusiyalı diplomatı çarpayıda hərəkətsiz vəziyyətdə uzanmış görüblər. Hadisə yerinə gələn tibb qrupları onun ölümünü təsdiqləyiblər.

Məhkəmə-tibb eksperti, prokuror və istintaq qrupunun ilkin məlumatına görə, Nikolay Kobrines ürək tutmasından vəfat edib.

Müayinədən sonra diplomatın cəsədi ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün Bahçelievler-Yenibosna Ədliyyə Tibb İnstitutunun meyitxanasına aparılıb.

Faktla bağlı istintaq davam edir.

Mənbə: Hürriyet 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu