“O aparıcıya halallıq vermirəm”
“Bir ildir məni verilişə qonaq çağırırdılar, getmirdim. Sonra düşünürəm ki, hər dəfə “yox” demək olmur. Bu dəfə razılaşdım, amma şərt kəsdim. Dedim ki, bir kəlimə də olsun şəxsi həyatımla bağlı sual verməyin. Cavabında söylədilər ki, bayram efiridir, şəxsi suallar olmayacaq”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Xoş gəldim” verilişində deyib. Sənətçi dəvət olunduğu verilişdə başına gələn hadisədən söz açıb:
“Bəzənib-düzənib yaxşı əhvalla verilişə getdim. Amma bunların heç biri olmadı. Bu lap uşağı aldatmağa oxşadı: Sənə konfet verəcəyəm, təpik vurub səni quyunun içinə salır. Eyni o vəziyyəti yaşadım. Həyatımda elə məqamlarla rastlaşmadım. Veriliş canlı gedirdi. Bacım Təranə dərhal başa düşdü ki, mənə verilişdə tələ qurublar. Sevinirəm ki, bayram verilişidir. Deyirəm ki, mövzu bağlanıb, qurtarıb. Demişəm ki, daha bu barədə (keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalı nəzərdə tutur – red.) sual verməyin. İnanın ki, tamaşaçılar da artıq bezib. Məni verilişlərinə çağırıb xoş olmayan sürprizlər edən aparıcılara heç vaxt halallıq verməyəcəyəm”.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim Canana ilə bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onlar arasındakı söz-söhbət illərdir bitmək bilmir.