Xəbərlər

Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun konfransı keçirildi


Bakıda keçirilən “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans başa çatıb.

Millinews.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.

Çıxışçılar Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar.

Eyni zamanda Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb.

Konfransda Fransanın müstəmləkərdə yerli əhaliyə qarşı həyat keçirdiyi ağır işgəncələr və insan haqlarının pozulmasını göstərən fotosərgi də nümayiş olunub.

09:09

Bu gün paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilir.

Millinews.az xəbər verir ki, konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri də iştirak edirlər.

Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu