Xəbərlər

Ekvadorda prezidentliyə namizəd seçki məntəqəsinə gülləkeçirməz jiletdə gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekvador prezidentliyinə namizəd Luisa Qonzales prezident seçkilərinin ikinci turunda səsvermə məntəqəsinə gülləkeçirməz jilet geyinərək və mühafizənin müşayiəti ilə gəlib.

Siyasətçi boya-başa çatdığı Manabi əyalətinin Çon şəhərindəki məktəbdə səs verib. Qonzalesi hərbçilər müşayiət ediblər.

Bildirilir ki, onun rəqibi Daniel Noboa da artıq səs verib.

Qeyd edək ki, səsvermə prosesi seçkilərin birinci turuna 11 gün qalmış, avqustun 9-da prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsindən sonra tətbiq edilən fövqəladə vəziyyət şəraitində keçirilir.

İndiki prezident Gilyermo Lasso may ayında onun impiçmentinə baxacaq parlamenti buraxmaq üçün erkən seçkilər təyin etmişdi. Yeni dövlət başçısı bu il noyabrın sonu və ya dekabrın əvvəlində vəzifəsinin icrasına başlayacaq. Növbəti prezident və parlament seçkiləri 2025-ci ildə keçirilməlidir.

Mənbə: TASS

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu