MaqazinÖlkə

Həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?

Xalq artisti, gözəl aktrisa Səfurə İbrahimova Azərbaycan teatr və kino sənətinin ən görkəmli nümayəndələrindən biridir. Aktrisa bir zamanlar gözəlliyi ilə hər bir tamaşaçısının qəlbini fəth etməyi bacarmışdı. Lakin ömrünün son illərində tərkidünya olub, hər kəsdən uzaqlaşan sənətkar elə təklik içində də dünyasını dəyişdi. Vəfat edəndən az bir müddət sonra haqqında mətbuatda yayılan yazılarda aktrisanın bankda külli miqdarda pulunun və evinin olduğu yazılmışdı. Bəs görəsən sənətkarın var-dövləti kimə qalıb?

Xalq artisti Səfurə İbrahimovanın dayısı qızı Nailə Səlimova Moderator.az-a açıqlamasında bu haqda suala cavab verib.

“Səfurəyə baxmadılar, heç kim evinə gedib-gəlmədi. Çünki evinə heç kimi buraxmırdı. Təkcə qonşusu gedib-gəlirdi, bir də qardaşı qızı. Evinə buraxsaydı özüm gedib baxardım, yanında qalardım. Ona ana, bacı olardım. Mən sadə insanam, mehriban xasiyyətliyəm. Nədənsə bizi də evinə buraxmırdı. Nə etmək olardı? Öləndən sonra qəyyumu da çıxdı, varisi də. Qardaşının balası dedi ki, mən baxmışam bibimə. Evi də, bankdakı nə qədər pulu da həmin qıza qaldı. Səfurə xanım sonsuz idi. Biz o qohumlardan olmamışıq, onun özünü istəmişik, pulunu yox. Eşitdim ki, qardaşı qızına qalıb sevindim. O da kasıb uşaqdır” deyə sənətkarın qohumu bildirib.

Xalq artistinin qohumu onun tərkidünyalığının səbəbini də açıqlayıb.

“O illərdə teatrda aktyor-aktrisalar arasında böyük rəqabətlər, çəkişmələr olurdu. Elə indi də var. Səfurə sakit təbiətli, əxlaqlı, ləyaqətli xanım idi. Çox ciddi xasiyyətli idi. Gülməzdi, danışmazdı, özünü ağır aparardı. Görünür onun bu xasiyyəti digər həmkarlarının xoşuna gəlməyib. Ona görə də onu sevməyən aktrisalar da var idi. Teatrda ona qalib gələ bilməyənlər başqa vasitələrlə ona şər atıb, adına ləkə yaxmaq istəyirdilər. Səfurə o vaxt İncəsənət universitetinə bir uşağa köməklik edib, qəbul etdirmişdi. Bunu da digər aktrisalar biliblər. Bu hadisədən sonra götürüb ona anonim zənglər edirdilər. Biz bilirdik bu aktrisa kimdir. Zəng edib ona deyirdi ki, mən hamıya deyəcəm ki, sən rüşvət almısan. O da bu hadisədən sonra qorxmuşdu, havalanmışdı. Tərkidünya oldu. Adına təqaüd yığılırdı, gedib götürmürdü. Çünki bu hadisə onu məhv etmişdi, sağ ikən öldürmüşdü” deyə sənətkarın qohumu bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu