MaqazinÖlkə

“Xalq pul xərcləyib onları toya dəvət edir, onların isə xeyir-dua verdiyi bəylə-gəlin boşanır” – Xalq artisti

Son vaxtlar müğənnilər müxtəlif səbəblərdən tez-tez soyunurlar. Əvvəllər bu yola daha çox gənc müğənnilər əl atsalar da, artıq 40 yaşını ötmüş Xalq artistləri də bu “trend”ə qoşulub. 

Təbii ki, onların soyunması səhnədə, filmdə deyil, daha çox sosial şəbəkələrə təsadüf edir. 

Bir sözlə, soyunan sənətçilər artıq əvvəlki qədər maraq toplaya bilmirlər və qınaq obyektinə çevrilirlər. 

Bəs, soyunan müğənnilərin sənətə, estetikaya aidiyyəti varmı? Onlar nə üçün bundan istifadə edirlər? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu məsələnin sənətlə heç bir əlaqəsi olmadığını, əksinə, sənəti olmayanların bu üsula əl atdığını bildirib:

“Bu mövzuda ta əvvəldən məndən çox danışan adam yoxdur. Son vaxtlar hamı başlayıb bundan danışmağa, dəbə düşüb. O vaxt isə mən təkbaşına idim, yazırdım, hamı da mənimlə düşmən olmuşdu, manıslar məni sevmirdi.

Oxumaq adlı bir elm var, kökü səslə, istedadla bağlıdır və onlar olanda oxuya bilirsən. Məsələn, Alim Qasımov, Mələkxanım Əyyubova. Onların səsi, sənəti var və başqa heç nəyə ehtiyacları yoxdur. Sənəti olmayanlar bəs gündəmə necə gəlsinlər? Onlar fikirləşiblər və özləri üçün çıxış yolu tapıblar: soyunmaq. 

Qəribədir, hamısı da bir-birinə bənzəyir  – şişirdilmiş dodaqlar, düzəldilmiş burunlar, sıxışdırılmış, karsetlənmiş baldırlar, əndamlar,  pırtlayıb çıxmış sinələr… Allahın verdiyi bədəndən, üzdən əsər-əlamət saxlamayıblar”.

Kinorejissor bildirib ki, həmin müğənniləri məşhurlaşdıran elə cəmiyyətin özüdür: 

“Xalq da pul xərcləyib bunları toyuna dəvət edir, axırı da boşanma ilə bitir. Bu mənəviyyatda olan “sənətkarın” toyunda xeyir-dua verməsinin sonu məhz budur. Onların xeyir – dua verdiyi bəylə-gəlin axırda boşanır. 

Ay millət, onları matağa mindirib başımıza çıxaran sizsiniz! Kim çıxıb efirdə sinəsini başını fırlayırsa, sabah onu övladlarının toyuna dəvət edirlər.

Günahın bir qismi də məhz televiziyadır. Başa düşmürəm, telekanallar yağışdan sonra çıxan göbələk kimi bu müğənniləri hardan tapırlar. Hamısı da eyni tip adamlardır. Sən televiziyada pul qazanacaqsan deyə biz xalqın əxlaqını, mənəviyyatını məhv etməliyik?! Mövzu tapmırsınızsa, gəlin, mən sizə tariximizlə, mədəniyyətimizlə bağlı 100 mövzu verərəm”. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu