Xəbərlər

Millinews.az – Azərbaycanda teplovoz avtomobillə toqquşub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 08:25 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz Zaqatala-Balakən marşrutunda hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 22-BB-012 olan “Mitsubishi” markalı pikap maşını dəmiryol keçidində onun yoluna çıxıb.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.

“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırıb.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu