İdman

“Olan-qalan son gücümüzü Oqtay yıxdı…”

“Olan-qalan son gücümüzü Oqtay yıxdı. Ondan sonra neçə filmə dəvət ediblər məni, amma gedə bilmirəm. İçimdə o həvəs yoxdur. Oqtay bir an olsun beynimdən çıxmır”.

Bu sözləri “Teleqraf”a müsahibəsində Xalq artisti Vidadi Əliyev deyib.

O bildirib ki, gəlinləri Dilarə Əliyeva ilə münasibətləri əladır: “Allah onun üzünü ağ eləsin, Allah onu bizə qızımız kimi verib”.

“Dilarə bu evin uşağıdır. Oqtay yoxdur, Dilarə var əvəzinə. Oqtayın yerini heç kim tuta bilməz, təbii ki, amma Dilarə sağ olsun, bizə doğma qızımız kimi münasibət göstərir. Hər səhər mənimlə danışıb hal-əhval tutmasa işə getməz”, – Vidadi Əliyevin həyat yoldaşı Elmira İsmayılova əlavə edib.

Qeyd edək ki, bu gün V.Əliyevin 80 illik yubileyidir.

Xatırladaq ki, O. Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib.

MyCollages 2024 02 09T104349.013
1679504349 fotojet 36

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu