Xəbərlər

“Tənbəl qızların” tərzi bu mövsüm trend olacaq

“TikTok” ilə birlikdə həyatımıza sonsuz trendlər də girdi. Sosial şəbəkə istifadəçiləri ətraflarında gördükləri hər şeyi estetikaya çevirməyə çalışırlar. Tendensiyalar inanılmaz dərəcədə qəribə olsa da, onlardan bəziləri mütləq diqqətə layiqdir.

Millinews.az xəbər verir ki, hazırda “TikTok”da populyarlıq qazanan ən məşhur dəb tendensiyalarından biri “Cozy girl” estetikasıdır. “Cozy girl” (Rahat qız) rahatlığına düşkün, eyni zamanda cəlbedici görünməyə nail olan qızları ifadə edir.

Payızın gəlişi ilə biz yumşaq trikotaj, həcmli kapüşon və nəhəng şərflər geyinməyə, makiyajda isə daha isti tonlardan təbii fakturalardan istifadə etməyə başlayırıq. Bəs soyuq mövsümdə “Cozy girl” görünüşünə necə nail ola bilərik?

“Rahat qız” estetikası “TikTok”da keçən ay görünməsinə baxmayaraq, artıq bir neçə mövsümdür ki, gündəmdədir. Xüsusilə model Cici Hadid öz brendinin kolleksiyalarında bu tərzi təbliğ etməklə məşğuldur. Keçən il model kaşmir geyimləri üzrə ixtisaslaşan “Goman in Residence” geyim brendini təqdim etdi. Cici rahat və boş sviterlərdə, yumşaq kardiqanlar və isti corablarda, əsasən ev rahat və isti interyer fonunda tez-tez kamera qarşısına keçərək pozalar verir. Bununla birlikdə, “Rahat qız” estetikası çoxdan evlərdən kənara çıxdı. Yumşaq fakturalar podiumların əsas tendensiyalarından birinə çevrildi və demək olar ki, bütün influenserlər bu üslubda geyinməyə başladılar. Odur ki, “Cozy girl” estetikasından ilhamlana biləcəyimiz obrazlar tapmaq çətin olmayacaq.

Rahatlıq dedikdə, əlbəttə ki, ağla ilk növbədə yumşaq və bol sviterlər gəlir. Trikotaj və yun kimi müxtəlif materiallar arasından seçim edə biləcəyiniz sviterləri bir çox şalvar, cins və ətəklərlə birləşdirə bilərsiniz.

Rahat qız tərzinin əsas xüsusiyyətlərindən biri obrazıb yumşaq və rahat parçalardan təşkilidir. Rahatlığın hər mənada vurğulandığı “Rahat qız” trendində yun corabları qısa çəkmələr, idman ayaqqabıları və ya uqqilər ilə birləşdirərək çox gözəl görünüş əldə edə bilərsiniz.

Qəfil dəyişən hava şəraitində qarderobların xilaskarı olan oversize jaketlər və trikotaj dəstlər də “Rahat qız” trendinin ayrılmaz parçalarıdır. Funksionallıqları sayəsində gündəlik tərzimizin xilaskarı ola bilirlər.

Rahat qız trendi müasir qadınların gündəlik həyatlarında özlərini ifadə etməyə imkan versə də, xüsusi baxım və makiyaj da tələb edir. Bunlarsız “Rahat qız” estetikasına uyğunlaşmaq çətindir. Saç düzümü seçərkən, ilk növbədə rahatlığa diqqət yetirin. Tərzinizi rahat bir toppuz, at quyruğu, rezin bandana ilə tamamlana bilər və ya sadəcə dalğalı saxlaya bilərsiniz.

Ancaq “rahat” makiyajın da bir neçə qaydaları var. İlk və ən vacib qayda odur ki, isti çalarlara müraciət etməlisiniz. Bu mövsümün ən dəbli gözəllik trendləri qəhvə və ədviyyatlı balqabaq makiyajıdır. Dolğun qəhvəyi çalarlar istifadə edərkən diqqətli olun və təbii gözəlliyinizi ən yaxşı şəkildə vurğulamağa çalışın. Yüngül teksturalı tonal kremi seçin və quru ənliyi krem variantları ilə əvəz edin. Bu, yanaqlarınıza daha təbii effekt verəcək. Gözləri vurğulamaq üçün nazik laynerdən istifadə edin, lakin çox parlaq qrafik ox çəkməyin. Dodaqlarınızı isə qəhvəyi pomadalarla vurğulayın.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu