Xəbərlər

“Vogue Arabia” jurnalının noyabr sayı Fələstinə həsr olundu

download

“Vogue Arabia” jurnalının yeni sayı oktyabrın 25-də Qəzzada vəzifəsini qəhrəmancasına və fədakarcasına yerinə yetirən cəsur həkimlərə, tibb bacılarına və müxbirlərə həsr olunub.

Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın üz qabığında Fələstinin müxtəlif bölgələrindən ənənəvi əl tikmələri əks olunub. Nəşrin redaktorlarının fikrincə, bu, regionun mədəniyyətini simvollaşdırır və sülhə növbəti çağırışdır.

“İndi bütün dünyanın gözü qarşısında Qəzzada baş verənlər tarixin ən böyük fəlakətlərindən biridir və hamımız üçün ümumi bədbəxtlikdir. Biz qurbanların sayını azalda bilmərik, lakin hökumətlərə və beynəlxalq təşkilatlara yüksək səslə təzyiq göstərə bilərik. zorakılığı dayandırmaq üçün etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bu qlobal səy olmalıdır”, – nəşr yazır.

“Vogue Arabia” həmçinin qeyd edib ki, o, zərərçəkənlərə yardım göstərmək üçün fəal işləyən Sərhədsiz Həkimlər qeyri-kommersiya təşkilatını dəstəkləyir. Sosial media istifadəçiləri isə jurnalı mübahisəli mövqe tutmaqda və Fələstinə birbaşa dəstəyin olmamasında günahlandırırlar.

Qeyd edək ki, bu yaxınlarda İordaniya kraliçası Rania CNN telekanalına müsahibəsində Fələstin-İsrail münaqişəsi ilə bağlı şərhlər verib və Amerikanın İsrailin HƏMAS-a cavab zərbələri endirməsinə verdiyi dəstəyi tənqid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu