Xəbərlər

Peskovdan Qarabağdakı rus sülhməramlıları ilə bağlı açıqlama


Rusiya sülhməramlıların Qarabağdakı məsələsi Bakı administrasiyası ilə müzakirə olunacaq.

Millinews.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə deyib. Peskov Rusiya əsgərlərinin faktiki və qanuni olaraq Azərbaycan ərazisində olduğuna diqqət çəkib.

“Onlarla bağlı məsələlərə və bununla bağlı bütün məsələlərə gəlincə, bu, əlbəttə ki, Azərbaycan tərəfi ilə müzakirə olunacaq”, – Peskov bildirib.

Rusiyanın Ermənistanla təmaslarını davam etdirəcəyini qeyd edən Peskov qeyd edib ki, Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında son telefon danışığında Rusiya qüvvələrinin yerinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu