Xəbərlər

Elmira Süleymanovanın səhhəti pisləşdi

555

“Səhhətimdə problem var, əməliyyat olunmuşam”.

Millinews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: “Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq”.

Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: “Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam”.

Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu