Xəbərlər

“Wagner”in keçmiş döyüşçüsülərinə onlar SAHİB ÇIXDILAR

wagner

“”Axmat” xüsusi təyinatlılarının tərkibi “Wagner” PMC-nin 170-dən çox keçmiş döyüşçüsü ilə tamamlandı”.

Millinews.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məlumat verib.

“Bölməmizin sıralarında xidmətini davam etdirmək arzusunu ifadə edən növbəti qrupda həm Donbass, həm Ukrayna ərazisində, həm də digər qaynar nöqtələrdə döyüş əməliyyatlarında böyük təcrübəyə malik 170-dən çox əsgər var. Yeri gəlmişkən, PMC döyüşçüləri əvvəllər müqavilə bağlayıb və bizim heyətə keçiblər. Amma indi biz hələ də kadrların kütləvi şəkildə artırılmasından danışırıq”, – Kadırov yazıb.

Çeçenistanın rəhbəri deyib ki, “Wagner”-in digər keçmiş nümayəndələri də bu nümunəni götürərək “Axmat”a qoşulacaqlar. Onun fikrincə, bundan sonra onlar Rusiyanın düşmənləri ilə mübarizə aparacaq vahid mehriban ailə olacaqlar .

Bundan əvvəl komandir Apti Alaudinov döyüşçülərin “Wagner” PMC-dən “Axmat”a kütləvi şəkildə köçürüldüyünü elan edib. Onun sözlərinə görə, gələcəkdə onların hamısının xüsusi əməliyyatda iştirak edəcəyi gözlənilir.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu