Ölkə
“Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi” – Qəzadan sağ çıxan stüardessa Aydanın anası danışdı

Təyyarə qəzasından sağ çıxan stüardessa Aydan Rəhimlinin vəziyyəti yaxşıdı.
Bu barədə Lent.az-a Aydan Rəhimlinin anası Ülviyyə xanım məlumat verib.
Onun sözlərinə görə, qızı bu gün Bakıya gətiriləcək:
“Məni hava limanına dəvət etdilər. Hazırda ora gedirəm. Qızımın vəziyyəti yaxşıdır”.
Ülviyyə xanın onu da qeyd edib ki, Aydan bir il idi stüardessa işləyirmiş:
“Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi. Qismət, Allah hamının köməyi olsun”.
Qeyd edək ki, stüardessa Aydan Rəhimli Zaqataladandır.
