Zelenskinin İsrailə səfəri baş tutmadı
Ukrayna Prezidenti Volodimir Zelenski İsrailə səfər etmək istəyib.
Millinews.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna Prezidenti bu gün İsrailə ikinci dəfə gedən ABŞ dövlət katibi Antoni Blinkenlə bir yerdə İsrailə səfər etmək istəyib.
“Antoni Blinkenin Yaxın Şərqə səfəri İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həllinə yönəlib. Vlodimir Zelenski Amerika nümayəndə heyətinə qoşulmağı planlaşdırırdı, lakin sonda səfəri baş tutmayıb. Hazırkı imtina “Zelenskinin ümumiyyətlə İsrailə gəlməyəcəyi anlamına gəlmir. Belə bir səfər daha sonra baş verə bilər və Ukrayna prezidentinin Avropa ölkələrinə sonrakı turlarından biri ilə birləşdirilə bilər”, – deyə nəşr qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.