Millinews.az – Ağartı məhsullarına təlabat artır, nələrə diqqət etmək lazımdır?
Havalar soyuduqca ağartı məhsullarına təlabat artır.
Bu məhsulları bazarlardan alan da var, dükanlardan almağa üstünlük verənlər də. Bəs bu məhlulları alarkən nələrə diqqət etmək lazımdır?
Xezerxeber.az-ın məlumatına görə, istehlakçılar açıq şəkildə bazarda satılan ağartı məhsullarını aldıqlarını və hələ ki, ciddi problemlə rastlaşmadıqlarını deyirlər.
Bazarlarda ağartı məhsulları satanlar da bildiriblər ki, illərdir bu işlə məşğul olurlar və hələlik heç kəs məhsulun keyfiyyəti ilə bağlı şikayət etməyib. Çünki bazarlarda satılan ağartı məhsulları nəzarətdə saxlanılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara bazarlarda açıq şəkildə satılan ağartı məhsullarını alarkən diqqətli olmağı tövsiyə edib.
Agentliyin sektor müdiri İlkin Kərimovun sözlərinə görə, ağartı məhsulları xüsusi qaydada hazırlanmalı və onların saxlanılmasına diqqət edilməlidir.
O qeyd edib ki, bir neçə gün əvvəl həm paytaxt, həm də bölgələrdə bir neçə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Sahibkar barəsində də inzibati protokol tərtib edilib. Agentliyin apardığı bu monitorinqlər zamanı aşkarlanan uyğunsuzluqlar müxtəlifdir.
AQTA rəsmisi vurğulayıb ki, açıq şəraitdə satılan süd məhsulları insan orqanizmində müxtəlif xəstəliklərə səbəb ola bilər. Ona görə də, bu məhsulları alarkən qablaşdırmasına diqqət etmək lazımdır. Mağazalarda satılan süd məhsullarının isə qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti paketin üzərində əks olunmalıdır.
Ətraflı süjetdə: